Müdhiş təyyarə qəzasından səkkiz il keçir...

© AFP 2023 / DIMITAR DILKOFFVarşavanın Pilsudksi meydanında Lex Kaçinskinin xatirəsinə yürüş, 17 aprel 2010-cu il
Varşavanın Pilsudksi meydanında Lex Kaçinskinin xatirəsinə yürüş, 17 aprel 2010-cu il - Sputnik Azərbaycan
Abunə olmaq
Səkkiz il əvvəl Polşa prezidenti Lex Kaçinski faciəli şəkildə həyatını itirib

BAKI, 10 aprel — Sputnik. Bu gün Polşa prezidenti Lex Kaçinskinin faciəvi ölümündən 8 il keçir. O və həyat yoldaşı aprelin 10-da Rusiyada (Smolenskdə) baş vermiş təyyarə qəzasında həlak olub. Yerə düşən təyyarənin göyərtəsində Kaçinsklərdən əlavə heyət üzvləri, hökümət nümayəndələri də daxil olmaqla 96 nəfər olub.

Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992-1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.

2001-ci ildə "Hüquq və ədalət" partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. 

2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatılıblar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa prezidenti seçilib və həlak olanadək bu vəzifədə çalışıb.

Xəbər lenti
0