SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranda sülalə dəyişikliyinə səbəb olmuş ikinci üsyan

© Photo : PUBLIC DOMAINŞeyx Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun illər milli-azadlıq hərəkatı kimi təqdim olunan Şeyx Xiyabani üsyanında türklər heç də milli şüarlar irəli sürməyiblər

BAKI, 7 apr — Sputnik. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan türklərin təşəbbüsü ilə başlamış ikinci hərəkat idi. Təbrizdə kütləvi çıxışlar 1919-cu ilin avqustunda Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Sazişə əsasən, Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq verilmişdi. Təbriz üsyanı qan tökülmədən qalib gəldi, Tehrandan göndərilmiş silahlı qüvvələr hadisələrə müdaxilə etməyə cəsarət etmədilər. 

Həmin ilin iyununda üsyançılar Təbrizdə hökumət qurdular. Lakin bu hökumətin ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

Maraqlıdır ki, İranın hüquqlarını tapdalayan Britaniya-İran sazişinə etirazı farslar yox, türklər edirdilər. Bu üsyanın nəticəsi türk əsilli Qacar sülaləsinin yerini fars Pəhləvilərə verməsi oldu. Beləliklə, türklər dalbadal iki üsyanla sülalə dəyişikliyi üçün münbit şərait yaratdılar.

Xəbər lenti
0