08:04 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Almon Stroucer

Qazanc həvəsi tabutçunu telefonçuya çevirdi

© Wikipedia / Public Domain
Tarixdə Bu Gün
Qısa URL
32 0 0

Almon Stroucer biznesini xilas etmək üçün dekada-addım axtarıcısını kəşf edib

BAKI, 10 mart — Sputnik. ABŞ-ın Kanzas-Siti şəhərindən olan biznesmen Almon Braun Stroucer 1889-cu il martın 10-da avtomatik telefon stansiyasını patentləşdirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Stroucerin ixtirasının maraqlı səbəbi var.

Almon Stroucer tabut düzəldən imiş. Onun Kanzas-Sitidə dəfn mərasimləri şirkəti olub. Stroucerin biznesi genişlənsə də, bir gün rəqib şirkətlərdən birinin rəhbərinin arvadı yerli telefon stansiyasının kommutatoruna işə düzəlir. Təbii ki, həmin qadın dəfn xidmətlərinə ehtiyacı olan bütün müştərilərin zənglərini həyat yoldaşının şirkətinə yönəldir. 

Belə olduqda Almon Stroucer biznesini xilas etmək üçün dekada-addım axtarıcısını kəşf edir. Artıq telefon stansiyasında konkret müştərini axtarmaq üçün operatora ehtiyac yox idi. Axtarıcı operatoru əvəz edirdi.

1892-ci ildə Stroucerin kəşfinin tətbiq olunduğu avtomat telefon stansiyası istifadəyə verilir. Stansiyaya "xanımlarsız və söyüşsüz telefon" adı qoyulur. 

Əsas mövzular