03:16 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Tofiq Tağızadə

Geyimi meksikalı, ruhu azərbaycanlı

© Foto: TREND
Tarixdə Bu Gün
Qısa URL
5910

Görkəmli kinorejissorumuz Tofiq Tağızadəni həmişə başındakı "Meksika panaması"ndan tanımaq olurdu

BAKI, 7 fevral — Sputnik. Azərbaycanlı kinorejissor, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti (1976) Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakı şəhərində anadan olub. 

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Tağızadə elə də çox filmin quruluşçu rejissoru olmayıb. Cəmi 14 film çəkib. 15-ci filmi isə yarımçıq qalıb. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirib. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib. "Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tağızadənin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.

Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb və rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tağızadə onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində Azərbaycan ruhu duyulur.

Əlaqədar

Bütün ailəsini yanğında itirən sənətkar, mümkün olmayanı bacardı
Görkəmli sənətkar yad edilib
İlk rolu Telli obrazı olan dahi kişi sənətkar
Sağlığında klassikə çevrilmiş sənətkar
Sovet dövründə kino və teatrımızda milli ruhu qorumuş sənətkar
Milli kinomuza yeni nəfəs gətirmiş sənətkar

Əsas mövzular