20:45 13 Dekabr 2017
Canlı yayım
Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında bəyanatın imzalanması

SSRİ tarixin arxivinə məhz bu gün göndərilmişdi

© Sputnik / Y.Ivanov
Tarixdə Bu Gün
Qısa URL
86 0 0

Məhz dekabrın 8-də Rusiya, Ukrayna və Belarusun rəhbərləri "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar

BAKI, 8 dekabr — Sputnik. 1991-ci il dekabrın 8-də Belarusun Brest şəhəri yaxınlığındakı "Belovejskaya Puşşa" qoruğundakı "Viskuli" hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar.

Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib. Beləcə Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.

Slavyan üçlüyünün qərarına birinci olaraq Qazaxıstan qoşuldu, dekabrın 21-də isə Azərbaycan da daxil olmaqla keçmiş sovet respublikalarının rəhbərləri Almatıda toplanaraq MDB-nin təsis olunması barədə qərar qəbul etdilər. 

Əlaqədar

SSRİ Xalq artistinin yubileyinə xüsusi tamaşa həsr ediləcək
Rusiya SSRİ-nin bütün borclarını ödədi
“Türkiyə sərhəd mühafizəsini SSRİ-dən öyrənsin”
SSRİ rəhbərliyinin kağız üzərində qalmış növbəti qərarı

Əsas mövzular