Torpaqdan verilən pay

© Photo : public domainNüvədi kəndi, Zəngəzur
Nüvədi kəndi, Zəngəzur - Sputnik Azərbaycan
Abunə olmaq
Zəngəzurun Ermənistana verilməsindən 97 il ötür

BAKI, 1 dekabr — Sputnik. 1920-ci il dekabrın 1-də Azərbaycanda bolşevik hökumətinin — Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.

Həmin tarixdən iki gün əvvəl — noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulub və Azərbaycan bolşevikləri Zəngəzuru sovetlərin ümumi qələbəsi xatirinə ermənilərə verib. Ondan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul edib, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunub.

Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yaranıb.

Xəbər lenti
0