Dünyanın ən məşhur fondunun yarandığı gün

© AFP 2023 / DSK / SCANPIX SWEDEN Alfred Nobel
Alfred Nobel - Sputnik Azərbaycan
Abunə olmaq
Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın təsisinə ayırıb

BAKI, 27 noyabr — Sputnik. 1895-ci il noyabrın 27-də isveçli ixtiraçı və biznesmen Alfred Nobel (1833-1896) varidatını Nobel Fonduna bağışladığı barədə vəsiyyətnamə imzalayıb.

Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhfələr vermiş şəxslər” üçün beş mükafatın (fizika, kimya, tibb (fiziologiya), ədəbiyyat və sülh) təsisinə ayırıb. 1875-cu ildə Bakıda öz şirkətlərini yaradan Nobel qardaşları qısa müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, böyük kapitala yiyələniblər.

Hazırda həmin pullar "Nobel mükafatı" formasında hər il müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.

Xəbər lenti
0