23:30 17 Noyabr 2017
Canlı yayım
Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov

Həyatdan vaxtsız getmiş istedadlı aktyorumuz

© Foto: Telman Adıgözəlovun şəxsi arxivindən
Tarixdə Bu Gün
Qısa URL
126 0 0

Telman Adıgözəlov "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb

BAKI, 17 iyul — Sputnik. Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub.

O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

2010-cu il aprelin 15-də Telman Adıgözəlov təxminən 01.00 radələrində özünü pis hiss etdiyini qızına deyib. Aktyorun qızı dərhal təcili yardımı çağırıb. Ancaq, həkimlər aktyorun həyatını xilas edə bilməyiblər.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Əlaqədar

"Sinyor Robinzon" vəfat etdi
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib
Ata və oğul faciəli şəkildə vəfat edib
Avropanın şərəfli vətəndaşı vəfat edib
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Akademik Milli Dram Teatrı, Telman Adıgözəlov, Fatmayı, Balakən, Azərbaycan Respublikası

Əsas mövzular