15:11 28 İyul 2017
Canlı yayım
Sara Aşurbəyli

Görkəmli alimin vəfatından bir il də ötdü

© Foto: PUBLIC DOMAIN
Tarixdə Bu Gün
Qısa URL
21 0 0

Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Sara Aşurbəyli 16 il əvvəl Bakıda vəfat edib

BAKI, 17 iyul — Sputnik. Görkəmli Azərbaycan tarixçisi Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olub. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirib. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışıb. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub.

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə edib. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanıb. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib.

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləyib, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub.

O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülüb. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universiteti nin Fəxri Doktoru adını alıb.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat edib.

Əlaqədar

Birinci vitse-prezident alimə mükafat təqdim etdi
ABŞ alimlərinin apardığı tədqiqat inanılmaz gerçəyi üzə çıxardı
İki türk alim dünyada heç kəsin bacarmadığını bacarıb
Teqlər:
Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Sara Aşurbəyli, Sankt-Peterburq, Bakı

Əsas mövzular