16:55 26 Sentyabr 2017
Canlı yayım
Mirzə Babayev

Gözlərik yolunu bir liman, bir də mən...

CC0 / Wikimedia
Tarixdə Bu Gün
Qısa URL
24 0 0

104 il əvvəl Azərbaycanın görkəmli estrada müğənnisi Mirzə Babayev anadan olub

BAKI, 16 iyul — Sputnik. 1913-cü il iyulun 16-da xalq artisti, görkəmli müğənni Mirzə Babayev (1913 – 13.1.2003) anadan olub. 

Onun ifa etdiyi “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və s. mahnılar bu gün də sevilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” – Qulam, “Qaraca qız” — Səlim bəy, “Dəli Kür” — kəndli kişi, “Dərviş Parisi partladır” — dərviş Məstəli şah, “Bəyin oğurlanması”  - Amanoğlu və s.) maraqlı rollar oynayıb.

İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib. 

Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə "Humay" mükafatı laureatıdır.

2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

Əsas mövzular