23:25 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
200 0 0

Zərdabi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub

BAKI, 28 iyun — Sputnik. 1837-ci il iyunun 28-də görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1837-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.

Zərdabi 1875-ci il iyulun 22-də Rusiya imperiyasında ilk turkdilli qəzetin — "Əkinçi" qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub.

Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

Əlaqədar

Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü
Mətbuat Şurasından Kütləvi İnformasiya Vasitələrinə müraciət
Mətbuatın "qara siyahı"sındakı nazirliklər
Bu mətbuat orqanlarına reklam qadağası
Teqlər:
"Əkinçi" qəzeti, Azərbaycan müəllimlərinin birinci qurultayı, Bakı Gimnaziyası, Həsən bəy Zərdabi, Göyçay qəzası, Zərdab, Azərbaycan

Əsas mövzular