15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
8821

"Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib

BAKI, 26 iyun — Sputnik. 26 iyun Beynəlxalq Narkоmaniyaya və Narkоbiznеsə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking).  

BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub. 

Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.

Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı "iynəyə oturtmaq", daha çox gəncləri və uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az "yüngül" narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Əlaqədar

Narkoman və əyyaşların əhatəsində olanlar, mütləq oxuyun!
Ölkədə 612 nəfər narkoman qadın qeydiyyatdadır
Bu qida sizi sürətlə narkomaniyaya aparır
"Azərbaycanda keyfiyyətsiz tütün məhsulları - məişət narkomaniyasına yol"
Teqlər:
"Ağ ölüm", narkomaniya, qazanc, narkotik maddə, narkotik, Beynəlxalq Narkоmaniyaya və Narkоbiznеsə qarşı Mübarizə Günü, BMT Baş Assambleyası

Əsas mövzular