08:22 25 Sentyabr 2017
Canlı yayım
Levi Strauss & Co.

Fəhlə geyimi kimi ortaya çıxmış populyar brend

© AP Photo/ Sam Morris
Tarixdə Bu Gün
Qısa URL
34 0 0

144 il əvvəl "Levi Strauss & Co" şirkəti "cins" adlandırılan şalvarların tikilməsi hüququnu əldə edib

BAKI, 20 may — Sputnik. Cins şalvarlar indi gündəlik geyimin standart atributlarından biri kimi qəbul olunur. Bu növ şalvarlar bütün dünyaya ABŞ-dan yayılıb. 

İlk cins şalvarları 1850-ci ildə ABŞ-da Levi Strauss adlı şəxs patentləşdirərək satıb. Möhkəm materialdan olan şalvarlar Kaliforniya qızılaxtaranlarının xoşuna gəlib və Strauss bu şalvarlardan xeyli pul əldə edib. 

Bir müddətdən sonra Strauss San-Fransiskoda fəhlələr üçün geyim istehsalında ixtisaslaşan "Levi Strauss & Co" şirkətini qurub. 

1873-cü il mayın 20-də "Levi Strauss & Co" şirkəti "cins" adlandırılan şalvarların tikilməsi hüququnu əldə edib. Məhz bu tarix cinsin "anadan olma" tarixi sayılır. 1886-cı ildə "Levi’s" cinslərində məşhur dəri leybl əmələ gəlib.

Əsas mövzular