Müstəqilliyimizin itirildiyi gün

© Sputnik / РИА Новости / Mediabanka keçidНаселение Баку встречает войска Красной Армии
Население Баку встречает войска Красной Армии - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin öz yerini Azərbaycan Sovet Sosialist Respublikasına verdiyi gündür

BAKI, 28 aprel — Sputnik. Bu gün Azərbaycanın bolşeviklər tərəfindən növbəti dəfə işğal olunmasının 97-ci ildönümüdür.

1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir. Aprelin 28-də Hərbi İnqilab Komitəsi bolşeviklərin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərir.

Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

Ilk dövrdə ortaya atılmış "Müstəqil Sovet Azərbaycanı" şüarı isə işğalı pərdələmək üçün bolşeviklərə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi.

Xəbər lenti
0