"İlan şah"ın öldürülməsi

Orta əsrlərdə döyüş səhnəsi
Orta əsrlərdə döyüş səhnəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sərdrud döyüşündən sonra Azərbaycan torpaqlarında Teymurilərin hökmranlığına son qoyuldu

BAKI, 21 aprel — Sputnik. 1408-ci il aprelin 21-də Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib, Miranşah özü isə öldürülüb.

Miranşah çox əzazil insan olduğuna görə xalq arasında ona "Maran şah" yəni "İlan şah" deyirdilər.

Bu döyüşdən sonra Azərbaycan torpaqlarında Teymurilərin (Teymur özü 1405-də vəfat etmişdi) hökmranlığına son qoyuldu.

Bir qədər sonra Şirvanşahlar istisna olmaqla bütün Azərbaycan torpaqları Qaraqoyunlu dövləti tərkibinə daxil edildi.

Xəbər lenti
0