Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaraşıqlı, ədalətli və cəsur "kovboy"

Qreqori Pek
Qreqori Pek - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan tamaşaçıları Qreqori Peki "Roma tətilləri" və "Makkenanın qızılları" filmlərindən tanıyırlar

BAKI, 5 apr — Sputnik. Vestern filmlərinin unudulmaz qəhrəmanlarını canlandırmış amerikalı aktyor Qreqori Pek 1916-cı il aprelin 5-də ABŞ-ın La-Coll şəhərində anadan olub. 

Pek Hərbi akademiyada oxusa da, hərbçi olmayıb. Kaliforniya Universitetində isə Pek aktyorluq sənətinin incəliklərinə yiyələnib. Lakin o ekranlara heç də tezliklə yol tapa bilməyib və əvvəlcə biletsatan, maneken və s. işlərdə çalışıb. 

O zamanlar ABŞ kinematoqrafında Pek kimi aktyorlara ehtiyac duyulurdu. Hündürboylu, yaraşıqlı aktyorlar "əsl amerikalı"ların obrazlarını canlandırmaq üçün lazım idilər. 

Nəhayət, 1943-cü ildə Pek "Şöhrət günləri" filmində rol alır. 1945-ci ildə isə "Dövlətin açarları" filmində baş rolu oynayır və "Oskar" mükafatına namizədliyi irəli sürülür. 

Bundan sonra çəkildiyi filmlərdə bir qayda olaraq o, yaraşıqlı, cəsur, ədalətli qəhrəmanları yaradır.

Odri Hepbernlə çəkildiyi "Roma tətilləri" filmi də ona böyük uğur gətirir. "Oskar" mükafatını isə Pek "Quşu öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə alır. 

Karyerası boyunca Qreqori Pek 50-dən çox filmə çəkilib. Bu filmlərin əksəriyyəti vestern janrına məxsus olub.

Qreqori Pek 2003-cü ildə vəfat edib.

Xəbər lenti
0