31 Mart Soyqırımı

© Photo : PUBLİC DOMAİN31 mart azərbaycanlıların soyqırımı
31 mart azərbaycanlıların soyqırımı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib

BAKI, 31 mart — Sputnik. 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, «İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular.

Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar — ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər.

Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Xəbər lenti
0