“Erməni vilayəti”nin yaradılması

© Photo : Public Domainİrəvan şəhərindən bir görünüş. XX-ci əsrin əvvəlləri
İrəvan şəhərindən bir görünüş. XX-ci əsrin əvvəlləri - Sputnik Azərbaycan
Abunə olmaq
İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman martın 20-də verilib

BAKI, 20 mart — Sputnik. 1828-ci martın 20-də çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib.

Bundan sonra Rusiyanın Qafqaz hakimi qraf İvan Paskeviçin tapşırığı ilə “Erməni vilayəti”ndə aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı.

Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adlandırılaraq Tiflis —İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

Xəbər lenti
0