16:19 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
17402

Kinoşünas Ayaz Salayevin iddiasına görə, baş rolda məşhur Hollivud ulduzu Tom Henksin oynadığı "Sizə məktub var" filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub

BAKI, 14 mart — Sputnik. 1938-ci il martın 14-də xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub.

Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin (“Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı” və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi” və s. filmlərə quruluş verib.

1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, Milli Məclisin deputatı (1995-2005) olub. “İstiqlal” ordeni, “Heydər Əliyev mükafatı” ilə təltif edilib.

Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.

Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. 

Əlaqədar

Şöhrətə toxunuş: azərbaycanlı qız Hollivud ulduzlarının əhatəsində
Məşhur Hollivud aktyoru infarkt keçirdi
Daha bir Hollivud ulduzu Rusiya vətəndaşlığını qəbul edib
Teqlər:
Azərbaycan Yazıçılar Birliyi, Milli Məclis, Nora Efron, Tom Henks, Anar, Ayaz Salayev, Amerika

Əsas mövzular