01:46 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
Tarixdə Bu Gün
Qısa URL
3612

10 mart Azərbaycanda Teatr Günü kimi qeyd olunur

BAKI, 10 mart — Sputnik. 1873-cü il martın 10-u Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. 

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edib. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb.

Əlaqədar

Aktyor: “Bizim teatrda boş yer olmur”
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs
Bakı teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanır
Sankt-Peterburq teatrının nümayəndə heyəti Bakıdadır

Əsas mövzular