20:28 24 Noyabr 2017
Canlı yayım
SSRİ xalq artisti Mixay Volontir

Ekranların "qaraçı"sı

© Sputnik / Vladimir Rodionov
Tarixdə Bu Gün
Qısa URL
3822

"Tütək səsi" filmindən Cəbrayıl kimi tanıdığımız Mixay Volontir 82 il əvvəl Moldovada anadan olub

BAKI, 9 mart — Sputnik. SSRİ xalq artisti Mixay Volontir 1934-cü il martın 9-da Moldovanın Qlinjenı kəndində anadan olub. 

Volontir 1957-ci ildən etibarən özünü aktyor kimi sınamağa başlayıb. Onun istedadı tez bir zamanda özünü büruzə verib. 1967-ci ildən başlayaraq SSRİ miqyaslı filmlərdə çəkilməyə başlayıb.

1977-ci və 1981-ci illərdə çəkilmiş "Xüsusi diqqət zonasında" və "Cavab gedişi" filmləri ona şöhrət gətirib. Lakin Mixay Volontir əsl şöhrətə 1979-cu ildə çəkilmiş "Qaraçı" filmindəki Budulay obrazına görə çatıb. Filmin ikinci hissəsi olan "Budulayın qayıtması" da böyük populyarlıq qazanıb. 

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıblar. 

Mixay Volontir 2015-ci il sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib. 

Əsas mövzular