16:46 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
Tarixdə Bu Gün
Qısa URL
16711

Fərman Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" kimi məşhur əsərlərin müəllifidir

BAKI, 3 mart — Sputnik. Yazıçı-nasir Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1955-1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olub (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləyib (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olub. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat edib.

Əlaqədar

Yazıçı: “Uşaq ədəbiyyatı sahəsində problemlərimiz var”
Şair və yazıçılar əsgərlərlə mütəmadi görüşlər keçirəcəklər
İlin adamı, Yazıçılar Birliyinin üzvü və taksi sürücüsü...
Azərbaycanlı ədib Rusiyada ilin yazıçısı seçilib
Teqlər:
"Qoca qartalın ölümü", "Axırıncı aşırım", "Qarlı aşırım", "Təbriz namusu", "Çaldıran döyüşü", "Xudafərin körpüsü", Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu, Fərman Kərimzadə, Şahsevən kəndi, Böyük Vedi kəndi, Vedi rayonu, Beyləqan rayonu, İsmayıllı rayonu, Moskva

Əsas mövzular