Generalın üstü açılmamış qətli

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidSilah
Silah - Sputnik Azərbaycan
Abunə olmaq
Genaral Rail Rzayevin öldürülməsindən səkkiz il keçsə də qatil tapılmayıb

BAKI, 11 fev — Sputnik. 2009-cu il fevralın 11-də Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı general-leytenant Rail Rzayev Bakıda (səhər xidməti avtomaşınında işə gedərkən) qətlə yetirilib.

Rail Qurban oğlu Rzayev 1945-ci il martın 10-da Bakıda anadan olub. 1993-cü ildən Azərbaycan müdafiə nazirinin müavini, Hava Hücümundan Müdafiə Qoşunlarının komandanı idi. 

Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z.Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayətin üstü hələ də açılmayıb.

Xəbər lenti
0