Arazı ayrılıq çayına çevirən müqavilə

© Photo : PUBLIC DOMAINTürkmənçayda sülh müqaviləsinin imzalanması mərasimi, Vladimir Moşkovun rəsm əsəri
Türkmənçayda sülh müqaviləsinin imzalanması mərasimi, Vladimir Moşkovun rəsm əsəri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkmənçay kəndində general İvan Paskeviç və şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib

BAKI, 10 fev — Sputnik. 1828-ci il fevralın 10-da Rusiya ilə Qacarlar arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən Türkmənçay sülh müqaviləsi bağlanıb.

Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, Qacarlardan isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. 

Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.

Türkmənçay müqaviləsində Qacar dövlətindən erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, Qacarların Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin Qacar dövlətində ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

Xəbər lenti
0