Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Geyimi meksikalı, ruhu azərbaycanlı

© Photo : TRENDTofiq Tağızadə
Tofiq Tağızadə - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli kinorejissorumuz Tofiq Tağızadəni həmişə başındakı "Meksika panaması"ndan tanımaq olurdu

BAKI, 7 fev — Sputnik. Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti (1976) Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Tağızadə elə də çox filmin quruluşçu rejissoru olmayıb. Cəmi 14 film çəkib. 15-ci filmi isə yarımçıq qalıb. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirib. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib. "Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tağızadənin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.

Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb və rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tağızadə onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində Azərbaycan ruhu duyulur. 

Xəbər lenti
0