Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlk teleserialımızın quruluşçu rejissoru

© kino-teatr.ruLütfi Məmmədbəyov
Lütfi Məmmədbəyov - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar "Səhər görüşləri" verilişinin əvəzsiz aparıcısı Lütfi Məmmədbəyovun ad günüdür

BAKI, 6 fev — Sputnik. Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb.

Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. 

Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub. Söhbət Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" filmindən gedir.

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.

Xəbər lenti
0