06:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
281 0 0

Görkəmli ədib Pyer Bomarşe bütün çətinlikləri satira və yumor atəşinə tutmağa çalışırdı. Onun belə bir ifadəsi mövcuddur: "Hər şeyə gülməyə tələsin, əks halda ağlaya bilərsiniz".

BAKI, 24 yan — Sputnik. Görkəmli fransız mütəfəkkiri Pyer Bomarşe (Pyer Ogüsten Karon) 1732-ci il yanvarın 24-də Parisdə saatsaz ailəsində anadan olub. 

Varlı ailədən olan dul qadınla evlənən Pyer kral sarayında xırda bir vəzifəyə işə düzəlir. Öz hazırcavablığı və arfada ifası ilə Pyer kraliçanın xoşuna gələ bilir. Milyonçu Pari-Düvernenin etimadını qazanan Pyer bank işlərində onun kiçik tərəfdaşına çevrilir və tezliklə özü üçün kralın katibi vəzifəsini pulla alır. Vəzifə ilə birlikdə zadəgan titulu alan Pyer soyadını de Bomarşeyə dəyişir. 

1767-ci ildə ilk pyesi olan "İki dost"u, 1770-ci ildə izə "Yevgeniya"nı yazır. Əsərlər sosial qeyri-bərabərlik mövzusuna həsr olunur. 1773-1774-cü illərdə Fransanın korrupsiyalaşmış məhkəmə sisteminə tənqid edən 4 pamflet yazır. 

Pyerin "Memuarlar" adlandırdığı pamfletlər böyük uğur qazanırlar. Volter bu pamfletləri oxuduğu ən maraqlı əsər adlandırır. 1775-ci ildə Bomarşe "Sevilya bərbəri" pyesini yazır və Fransanın birinci dramaturquna çevirir. O süjeti davam etdirərək 1784-cü ildə "Fiqaronun toyu" əsərini yazır. Trilogiya 1792-ci ildə "Günahkar ana" melodraması ilə başa çatır. 

Bomarşenin pyeslərinin motivləri əsasında Motsart 1786-cı ildə "Fiqaronun toyu", Rossini isə 1816-cı ildə "Sevilya bərbəri" operalarını yaradırlar. 

Pyer Bomarşe 1799-cu il mayın 18-də Parisdə vəfat edib. 

Teqlər:
Memuarlar, Günahkar ana, Sevilya bərbəri, Fiqaronun toyu, Yevgeniya, Pari-Düverne, Volter, Rossini, Motsart, Pyer Ogüsten Karon, Pyer Bomarşe, Paris, Fransa

Əsas mövzular