16:25 28 İyun 2017
Canlı yayım
Arşın Mal Alan filmi, arxivdən şəkil

Milyonların sevə-sevə baxdığı "keyfiyyətsiz" film

youtube
Tarixdə Bu Gün
Qısa URL
86 0 0

Birinci dəfə keyfiyyətsiz şəkildə çəkilmiş "Arşın mal alan" filmi sonradan Azərbaycan kinematoqrafının ən uğurlu filmlərindən birinə çevrilib və çoxsaylı xarici dillərə çevrilib.

BAKI, 3 yan — Sputnik. 1917-ci yanvarın 3-də Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub.

Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb.

Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) və başqaları çəkiliblər.

Əsas mövzular