12:27 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti

Azərbaycan dövlətçiliyi üçün taleyüklü qərar

© Photo : Public domain
Tarixdə Bu Gün
Qısa URL
14403

Doxsan səkkiz il əvvəl Bakıdakı ingilis qüvvələrinin komandanlığı AXC hökumətini Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyıb.

BAKI, 28 dek — Sputnik. 1918-ci il dekabrın 28-də Bakıda ingilis hərbi qüvvələrinin komandanı general Uilyam Montqomeri Tomson Fətəlixan Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib.

Onun bu qərarı Azərbaycan dövlətçiliyi üçün həlledici əhəmiyyətə malik idi, çünki bundan bir ay əvvəl general Tomson Bakıya gələndə öncə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını endirməyi əmr etmişdi.

Tomsonun 28 dekabr bəyanatından sonra Cümhuriyyət parlamentini boykot edən rus və erməni deputatlar parlametin işində iştirak etmək qərarına gəldilər.

1919-cu ilin aprelində qurulan 4-cü koalisiya hökumətində erməni ("Daşnaksutyun") nazir də yer aldı.

Teqlər:
ingilis hərbi qüvvələri, 1919-cu ilin aprelində, rus və erməni deputatlar, Azərbaycan dövlətçiliyi, general Tomson, 1918-ci il dekabrın 28-də, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tanınması, Azərbaycan Xalq Cümhuriyyəti, Daşnaksutyun, Fətəlixan Xoyski, Uilyam Montqomeri Tomson, Bakı, Azərbaycan

Əsas mövzular