18:55 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Şair Nəbi Xəzri 1982-ci ildə

Bakı küləyini özünə təxəllüs etmiş şairimiz

© Sputnik / V. Kalinin
Tarixdə Bu Gün
Qısa URL
19611

Nəbi Babayev Xəzər dənizini hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb.

BAKI, 10 dek — Sputnik. 1924-cü il dekabrın 10-da xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 — 15.1.2007) Bakının Xırdalan kəndində doğulub.

Respublika Televiziya və Radio Verilişləri Komitəsinin,  Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin (1992-ci ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) sədri olub. SSRİ Dövlət Mükafatına layiq görülüb, Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsirlər", "Ağ şimşəklər", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və s.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olub.

Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. 

Əsas mövzular