13:46 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Ağdam rayonu

Separatçıların sözdən işə keçdikləri tarix

© Sputnik / Murad Orujov
Tarixdə Bu Gün
Qısa URL
5301

1988-ci ilin dekabrında Ermənistan parlamenti Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi haqda qərar qəbul edib.

BAKI, 8 dek — Sputnik. 1989-cu il dekabrın 8-də Ermənistnın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları bu tarixdə başlayıb.

Bu zaman azərbaycanlıların Ermənistandan deportasiyası tamamilə başa çatdırılmış, Dağlıq Qarabağdakı azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə kampaniyası start götürmüşdü. Dekabrın ikinci yarısında erməni silahlı dəstələrinin təxribatçı hücumları Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənara çıxdı. Ermənistandan gələn silahlı dəstələr Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy rayonunun ərazisi) rayonlarındakı erməni yaşayış məntəqələrində yerləşdirilməyə başlayıb.

Əsas mövzular