SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlk baş nazirimizin ad günü

© Photo : PUBLIC DOMAINFətəli xan Xoyski
Fətəli xan Xoyski - Sputnik Azərbaycan
Abunə olmaq
Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir, beşinci hökumətdə xarici işlər naziri işləyib.

BAKI, 7 dek — Sputnik. 1875-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub.

Fətəli xan Xoyski əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babaları Xoy və Şəkinin xanları, atası çar Rusiyasının generalı olub.

F.Xoyski 1906-cı ildə Rusiya imperiyasının II Dövlət Dumasının deputatı seçilib. Azərbaycan Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 — mart 1919) olub, beşinci hökumətdə (dekabr 1919 — aprel 1920) xarici işlər naziri işləyib.

1920-ci ilin iyununda Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

Xəbər lenti
0