11:14 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Azadlıq meydanında mitinq, 80-ci illərin sonu

Azərbaycanda Milli Dirçəliş Günüdür

© Sputnik / V. Kalinin
Tarixdə Bu Gün
Qısa URL
10211

SSRİ hakimiyyətinin laqeyd münasibətindən istifadə edənlər Dağlıq Qarabağın Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Azərbaycan xalqı etirazını bildirmək üçün dinc aksiyalara başladı.

BAKI, 17 noy — Sputnik. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanlarının Azərbaycana qarşı siyasətinə etiraz əlaməti olaraq davamlı mitinqlər başladı. Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdi və az vaxt ərzində milyonlarla insan hərəkata qoşuldu. 

1988-ci ilin ilk  günlərində Ermənistanda yaşayan iki yüz mindən azərbaycanlı öz doğma torpaqlarından qovuldular. Həmin ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində iğtişaşlar törədilməyə başladı. SSRİ hakimiyyətinin və xüsusən də M.S.Qorbaçovun laqeyd münasibətindən istifadə edən separatçı qüvvələr Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı öz etirazını bildirmək üçün dinc aksiyalara başladı. 

Rəsmi hakimiyyət xalq hərəkatının qarşısını almaq üçün Azərbaycanda fövqəladə vəziyyət elan etdi və Bakıya ordu yeridildi. Dekabrın 3-dən 4-nə keçən gecə mitinq iştirakçıları meydandan zorla çıxarıldı və bir qismi həbs edildi.

1988-ci ilin 17 noyabr — 5 dekabrını əhatə edən ümümxalq etiraz aksiyaları zorakılıqla dağıdılsa da, Azərbaycanın müasir tarixində mühüm rol oynamış və müstəqilliyin qazanılması ilə nəticələnmişdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildi. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü.

İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mirası — üçrəngli bayraq qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Azərbaycanda “Milli Dirçəliş günü” elan edildi.

Əsas mövzular