Əziz Nesinin son günü

© Photo : PUBLIC DOMAINYazıçı Əziz Nesin
Yazıçı Əziz Nesin - Sputnik Azərbaycan
Abunə olmaq
21 il əvvəl bu gün məşhur türk yazıçısı vəfat edib

BAKI, 6 iyul — Sputnik. Məşhur türk yazıçısı Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi.

Suzanna Muşatt Cons - Sputnik Azərbaycan
Dünyanın ən yaşlı qadını vəfat etdi

Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəəsnət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş.

Ə. Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda "Oluş" nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955 ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı.

Yazıçı 6 iyul 1995-ci ildə İzmirdə, Alaçatıda dünyasını dəyişib.

Xəbər lenti
0