Hərbi gəmidə üsyan

© Photo : PUBLIC DOMAIN"Potyomkin" zirehli gəmisi
Potyomkin zirehli gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.

BAKI, 27 iyun — Sputnik. 1905-ci il iyunun 27-də Rusiyanın "Potyomkin" zirehli gəmisində üsyan başladı. Üsyan edən zirehli gəmi Odessaya gəldi. Bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi.

Ordu - Sputnik Azərbaycan
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan

Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər.

Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.

On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı. Rusiyaya qayıdanları isə həbs edib məhkəməyə verdilər.

"Potyomkin" zirehli gəmisində üsyan müvəffəqiyyətsiz qurtardı. Lakin çox böyük bir hərb gəmisi komandasının inqilab tərəfinə keçməsi mütləqiyyətə qarşı mübarizənin inkişafına doğru mühüm addım idi. Lenin həmin üsyanın əhəmiyyətini qimətləndirərək göstərirdi ki, bu "inqilabi ordu özəyinin yaradılmasına təşəbbüs" idi.

Xəbər lenti
0