Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Üç il oldu

© Photo : APAXalq Artisti Səyavuş Aslan
Xalq Artisti Səyavuş Aslan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın əvəzsiz aktyoru Səyavuş Aslan 27 iyun 2013-cü ildə vəfat edib

BAKI, 27 iyun — Sputnik. Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, komediya, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq Artisti, "Şöhrət" və "Şərəf" ordenli Səyavuş Aslanın vəfatının 3-cü ili tamam olur.

Azərbaycanın Şöhrət ordenli xalq şairi Söhrab Tahir. Arxiv şəkli - Sputnik Azərbaycan
Xalq şairi vəfat etdi

Səyavuş Aslan (Səyavuş Məmmədağa oğlu Aslan) 5 sentyabr 1935-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Ağır xəstəlikdən sonra, 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Xəbər lenti
0