Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Beynəlxalq müsabiqələr laureatı olan ilk qadın müğənnimiz

© Photo : PUBLIC DOMAINFidan Qasımova, Xalq Artisti
Fidan Qasımova, Xalq Artisti - Sputnik Azərbaycan
Abunə olmaq
1947-ci il iyunun 17-də Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” ordenli opera müğənnisi Fidan Qasımova anadan olub.

BAKI 17 iyun — Sputnik. Müğənninin zəngin repertuarına Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi, Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov, A.Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqa bəstəkarların kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları — “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir.

Fidan Qasımova “Kədərimiz… Vüqarımız…”, “Maestro Niyazi”, “Rəşid Behbudov 20 il əvvəl”, “Üç eskiz”, “Ürəkdən-ürəyə”, “Üzeyir ömrü” sənədli filmlərində, “Torpaq. Dəniz. Od. Səma” bədii filmində çəkilib.

Fidan Qasımova Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Dövlət Opera və Balet Teatrının solistidir. Bakı Musiqi Akademiyasınınn profesorudur. 

Xəbər lenti
0