08:43 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Aşıq Molla Cümə

Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq

© Photo : Public Domain
Tarixdə Bu Gün
Qısa URL
2711

Aşıq Molla Cümə Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub.

BAKI, 4 may — Sputnik. 1920-ci il mayın 4-də aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Molla Cümə Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.

Molla Cümə 1854-cü ildə anadan olub. Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib.

Onun digər bir şerindən Şəki rayonunun Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazıb. Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub.

Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Nədənsə Molla Cümə şeirlərində sevgilisinin adını gizlədib. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməyib.

Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallıq kəsb edib. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazmışdır. Ən başlıcası isə o, özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirib.

Əsas mövzular