SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Sovet Sosialist Respublikası

Azərbaycan SSR
Azərbaycan SSR - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gün əvvəl boşeviklərin 11-ci ordusu Bakıya daxil olmuşdu və parlament hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etmişdi.

BAKI, 28 apr — Sputnik. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib.

Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi.

Bir gün əvvəl boşeviklərin 11-ci ordusu Bakıya daxil olmuşdu və parlament hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etmişdi. 

Beləliklə bolşevik işğalı rəsmiləşib.

Xəbər lenti
0