Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qaraçı

© Sputnik / Владимир Родионов / Mediabanka keçidМихай (Михаил) Ермолаевич Волонтир
Михай (Михаил) Ермолаевич Волонтир - Sputnik Azərbaycan
Abunə olmaq
"Tütək səsi" filmindən Cəbrayıl kimi tanıdığımız Mixay Volontir 82 il əvvəl Moldovada anadan olub.

BAKI, 9 mart — Sputnik. SSRİ xalq artisti Mixay Volontir 1934-cü il martın 9-da Moldaviyanın Qlinjenı kəndində anadan olub. 

Volontir 1957-ci ildən etibarən özünü aktyor kimi sınamağa başlayıb. Onun istedadı tez bir zamanda özünü büruzə verib. 1967-ci ildən başlayaraq SSRİ miqyaslı filmlərdə çəkilməyə başlayıb. 

1977-ci və 1981-ci illərdə çəkilmiş "Xüsusi diqqət zonasında" və "Cavab gedişi" filmləri ona şöhrət gətirib. Lakin Mixay Volontir əsl şöhrətə 1979-cu ildə çəkilmiş "Qaraçı" filmindəki Budulay obrazına görə çatıb. Filmin ikinci hissəsi olan "Budulayın qayıtması" da böyük populyarlıq qazanıb.

Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıblar.

Mixay Volontir 2015-ci il sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.  

 

Xəbər lenti
0