Erməni güllələrinin yarımçıq qoyduğu ömür

© Photo : public domainSalatın Əsgərova
Salatın Əsgərova - Sputnik Azərbaycan
Abunə olmaq
Ənənəvi olaraq oxucuları bu gün baş vermiş hadisələr, anadan olmuş və vəfat etmiş görkəmli şəxslər barədə məlumatla tanış edirik.

1. Milliyyətcə acar olan Ülvi Rəcəb romantik və realist aktyor məktəblərinin poetika səciyyələrini inamla zənginləşdirən sənətkarlardan biridir. Ülvi Rəcəb 1903-cü il yanvarın 9-da Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. On altı yaşında atasını itirmiş Ülvi təhsilə erkən yaşlarından başlayıb. Xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə, müharibə qurtaranda Batuma qayıdıb. Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən "Artistlər cəmiyyəti"nin zalında oynayırdılar. Ülvi "Otello" tamaşasma baxıb və Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub. Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskar hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb.

Sonralar  "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib. Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib.Qəhrəman obrazları: Mixail Yarovay ("Düşmənlər", Konstantin Trenyov), Səyavuş ("Səyavuş", Hüseyn Cavid), Polad Qartal ("Polad Qartal", Aleksandr Korneyçuk), Qüdrət Arslan, Yaşar ("Dönüş" və "Yaşar", Cəfər Cabbarlı). Faciə qəhrəmanları: Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"mda Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan.  Bir çox başqa tamaşalard da rol alan aktyor  1937-ci ildə "xalq düşməni" damğası ilə tutulub. 1938-ci ilin yanvarında güllələnib.

2. Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulub. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini isə Ukraynada keçirib. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olub. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb. 1992-ci ildən DİN-ə işə düzəlib, bununla da onun həyatının narahat günləri başlayır. Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışıb. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedib. Mənfur erməni quldurları yüksəklikləri ələ keçiriblər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

3. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilib. Ailəli olub, məşhur telejurnalist Ceyhun Əsgərovun anasıdır. 

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. 

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Xəbər lenti
0