Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

106 il əvvəl Xalq rəssamı Səttar Bəhlulzadə anadan olub

© Халг БанкСаттар Бахлулзаде
Саттар Бахлулзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Bəhlulzadə Səttar Bəhlul oğlu Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir.

BAKI, 15 dek – Sputnik. Dekabrın 15-də 1909-cu ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadə Bakının Əmircan kəndində anadan olub. 

1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada dünyasını dəyişib. Əmircan kəndində dəfn olunub və qəbri üstündə ona abidə ucaldılıb. 

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindəndir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya Demokratik Respublikası, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Ən yaxşı əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", “Babəkin üsyanı”, “Fətəli xan” və s. Bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilib, əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.

Xəbər lenti
0