22:42 13 Dekabr 2017
Canlı yayım
The United Nations Headquarters in New York

Kağız üzərində qalan qətnamələrin dördüncüsü

© Sputnik / Sergey Guneev
Tarixdə Bu Gün
Qısa URL
1201

1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.

BAKI, 12 noy — Sputnik. 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.

Sənəd Ermənistan silahlı qüvvələrinin hücumları (Zəngilan rayonunun, Cəbrayıl və Füzulinin Arazboyu ərazilərinin işğalı) ilə bağlı Azərbaycan rəhbərliyinin BMT-yə müraciətindən sonra qəbul edilmişdi.

Bu, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin sayca 4-cü qətnaməsi idi. Sənəddə erməni (Ermənistan deyil) silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxması tələb edilirdi. Lakin bu sənəddə də işğala son qoymaq üçün praktik mexanizm yer almamışdı. 

Bu qətnamə də digərləri kimi hələ də kağız üzərindədir.

Əsas mövzular