01:13 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rəsul Quliyev, Afiyəddin Cəlilov, Lalə Şövkət, Heydər Əliyev və digər sabiq dövlət nümayəndələri

İki müəmmalı qətl

bildirchin.az
Tarixdə Bu Gün
Qısa URL
43712

21 il əvvəl yüksək vəzifəli iki nəfərə qarşı edilmiş qəsdin pərdəarxası hələ də qaranlıq qalır.

BAKI, 29 sent-Sputnuk. 29 sentyabr 1994-cü ildə Bakı iki məşum cinayətin şahidi oldu. Parlamentin vitse-spikeri, dövrün populyar adamlarından biri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov müəmmalı şəraitdə qətlə yetirildilər.

Afiyədiin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdu. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdi.

1969-1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973-1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ MK katibi işləmişdir. Afiyəddin Cəlilov 1979-1981-ci illərdə AKP MK-nın təlimatçısı işləmişdir. 1981-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayon partiya komitəsinin 1-ci katibi işləmişdi.

1989-1992-ci illərdə Naxçıvan MR Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdu.

Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qoruyub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.

Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olmuş, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak etmişdi.

1994-cü ildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti şeçilmişdi. Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdu.
2 Şərəf nişanı ordeni və medallara layiq görülmüşdü.

Afiyəddin Cəlilov Ermənistanla 1994-cü ilin mayında imzalanan təslimçi Bişkek protokoluna etiraz edir. Bundan sonra o, sentyabrın 29-da yaşadığı binanın blokunda müəmmalı şəkildə qətlə yetirilir. Onun qətlinin günahı XTPD zabitləri Mahir Cavadov və Rövşən Cavadovun üstünə atılır.

Rəhimov Şəmsi Nuru oğlu isə 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943-1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946-1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

O, 1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

Şəmsi Rəhimov 29 sentyabrda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun da 4 oktyabrda dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi irəli sürülür. Lakin bu günə qədər qətlin sifarişçisi və iştirakçıları barədə müəmmalar qalmaqdadır.

Əsas mövzular