11:55 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
7611

Aydın Mirzəzadə: Cəmiyyət YAP-ın gücü və potensialından xəbərdardır.

BAKI, 9 sen — Sputnik. Azərbaycanda noybarın 1-də keçriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca siyasi qüvvələr və mandat qazanmaq  istəyən müstəqil şəxslər arasında narahatlıq daha da artmaqdadır. Narahatlığa səbəb isə hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısını cəmiyyətə açıqlamamasıdır. Bu səbəbdən də seçkiyə qatılmaqda qərarlı olan şəxslər və bir sıra siyasi partiya liderləri namziədliklərini hələ də irəli sürməyib və YAP-ın cəmiyyətə açıqlayacağı siyahını gözləyir.

Sputnik yaranmış vəziyyəti nəzərə alaraq YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydən Mizəzadədən ölkədə seçkiöncəsi vəziyyətlə bağlı mövqeyini öyrənməyə çalışıb.

Millət vəkili Sputnik-ə açıqlamasında bildirib ki, seçkiqabağı gərginlik durmadan artmaqdadır: “Qısa bir zamanda 300-dən artıq şəxs öz namizədliyni irəli sürüb. Hər gün yeni-yeni insanlar seçkilərdə iştirak etmək üçün özi nazmizədliyini irəli sürür və bu proses davam edir.”

YAP-ın siyahısının elan olunmasına gəldikdə partiya yetkilisi bildirdi ki, bu günlərdə YAP dairələr üzrə namizədlər siyahısını açıqalyacaq.

Müxalifətin seçkiöncəsi demokratik seçki mühitinin olmaması fikrinə gəldikdə isə Aydın Mirzəzadə bildirib ki, bu ittihamlarının heç bir əsası yoxdur: “İlk növbədə onlar seçki prosesində qüsur görürsə, bu qüsurun məsuliyyəti onların da üzərinə düşür. Buyursunlar öz təbliğatlarını aparsınlar, tərəfdarlaını toplasınlar. Seçki Məcəlləsinə uyğun olaraq öz seçki kampaniyasını təşkil etsinlər”.

Millət vəkilinin fikrincə, müxalifət yenidən xarici ölkə səfirlikləri ilə görüşüb o ölkələri Azərbaycanın daxili işlərinə qoşmaq istəyir: “Bu bir daha müxalifətin xoş olmayan məramından xəbər verir. Azərbaycanda çox təəssüf ki, daxili siyasətə xarici amili qoşmağa çalışan müəyyən siyasi dairələr var. Onlar təlimatları xaricdən alır və xaricdən maliyyələşirlər. Hətta verəcəkləri hər hansı bəyanatı belə xariclə məsləhətləşirlər. Ona görə də onların ittihamları sadəcə olaraq Azərbaycanda  gedən demokratik seçki prosesinə kölgə salmaq cəhdləridir. Ancaq Azərbaycan cəmiyyəti seçkiyə köklənib. Cəmiyyət əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də özünün ən layiqli namizədini parlamentə göndərəcək. Və 2015-ci il parlament seçkiləri də Azərbaycanın seçki tarixində çox önəmli yer tutacaq.” 

“YAP seçkilərdə digər namizədlərə güzəştə gedə bilərmi” sualına cavab olaraq Mirzəzadə bildirdi ki, YAP parlament seçkilərində hər bir seçki dairəsi üzrə namizədini vermək niyyətindədir. “Dediyiniz kimi digər namizədin dəstəklənməsi və yaxud ona güzəştə gedilməsi məsələsinə artıq seçki prosesinin gedişində baxılıb müəyyən qərar verilə bilər.”

Mirzəzadə bəzi siyasi liderlərin və tanınmış  şəxslərin YAP-ın siyahısını gözləməsi və hələ də namizədliklərini irəli sürməyərək gözləmə mövqeyini tutmasına aydınlıq gətirərək bildirdi ki, bu ilk növbədə YAP və onun sədri İlham Əliyevin cəmiyyətdəki böyük nüfuzu ilə bağlıdır. “Bu ondan xəbər verir ki, cəmiyyət  YAP-ın gücü və potensialından xəbərdardır. O baxımdan onun verdiyi namizədlərin şansını yüksək qiymətləndirir. Bu bir daha göstərir ki, növbəti parlament seçkilərində YAP birmənalı qalib olacaq”, — deyə Mirzəzadə bildirdi.

Azərbaycanda növbəti parlament seçkiləri 2015-ci il noyabrın 1-də keçiriləcək.

Teqlər:
YAP İcra Katibliyi, Seçki Məcəlləsi, Azərbaycanda parlament seçkisi, parlament seçkisi, Parlament seçkiləri 2015, Parlament seçkiləri, Yeni Azərbaycan Partiyası, YAP, Aydın Mirzəzadə, Azərbaycan

Əsas mövzular