12:54 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
Tarixdə Bu Gün
Qısa URL
134 0 0

1991-ci ilin 2 sentyabrında ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib.

BAKI, 2 sent-Sputnik. 1991-ci ilin 2 sentyabrında ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib. Dağlıq Qarabağda qondarma dövlətin — “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub.

Bu barədə qərar "Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti"nin (səlahiyyət müddəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı) və keçmiş Şaumyan rayonu (1990-cı ildə Goranboy rayonuna birləşdirilmişdi) “Xalq Deputatları Soveti”nin erməni deputatlarının adından qəbul edilmişdi.

Qərara əsasən, inzibati baxımdan heç vaxt Dağlıq Qarabağ muxtariyyətinə aid olmamış keçmiş Şaumyan rayonu da qondarma “respublika”nın ərazisi elan edilmişdi.

Səhərisi gün (3 sentyabr) Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti bu qərarı antikonstitusion elan etdi.

Teqlər:
Xalq Deputatları Soveti, Şaumyan rayonu, "Dağlıq Qarabağ Respublikası", Azərbaycan Ali Soveti, Dağlıq Qarabağ, Azərbaycan

Əsas mövzular

  • Rusiya ilə sərhəd

    Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

    11
  • Rejissor Eldar Quliyev

    Eldar Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

    551
  • Direktor, arxiv şəkli

    Ekspertin fikrincə, bəzi məmurlar məktəb rəhbərlərinin kim olmasına qəsdən göz yumurlar. Belə olan halda isə keyfiyyətdən danışmaq mümkün deyil.

    1267