15:18 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
134 0 0

1991-ci ilin 2 sentyabrında ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib.

BAKI, 2 sent-Sputnik. 1991-ci ilin 2 sentyabrında ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib. Dağlıq Qarabağda qondarma dövlətin — “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub.

Bu barədə qərar "Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti"nin (səlahiyyət müddəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı) və keçmiş Şaumyan rayonu (1990-cı ildə Goranboy rayonuna birləşdirilmişdi) “Xalq Deputatları Soveti”nin erməni deputatlarının adından qəbul edilmişdi.

Qərara əsasən, inzibati baxımdan heç vaxt Dağlıq Qarabağ muxtariyyətinə aid olmamış keçmiş Şaumyan rayonu da qondarma “respublika”nın ərazisi elan edilmişdi.

Səhərisi gün (3 sentyabr) Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti bu qərarı antikonstitusion elan etdi.

Teqlər:
Xalq Deputatları Soveti, Şaumyan rayonu, "Dağlıq Qarabağ Respublikası", Azərbaycan Ali Soveti, Dağlıq Qarabağ, Azərbaycan

Əsas mövzular