04:38 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün

Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirildiyi gün

Tarixdə Bu Gün
Qısa URL
31321

Rusiya ilə Osmanlı dövləti arasında Ədirnə müqaviləsinin imzalanmasından 184 il keçir.

BAKI, 2 sent-Sputnik. 1829-cu ilin 2 sentyabrında Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb.

Sazişə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi — indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib.

Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi.

Bundan əlavə, Osmanlı Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

Teqlər:
1829-cu ilin 2 sentyabr, Ədirnə sülh müqaviləsi, Ədirnə müqaviləsi

Əsas mövzular