08:18 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Bill Klinton

Uilyam Cefferson Klinton

© Flickr /
Tarixdə Bu Gün
Qısa URL
2921

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001) Bill Klinton (Uilyam Cefferson Klinton) 1946-cı il avqustun 19-da Arkanzas ştatında anadan olub.

BAKI, 19 avq — Sputnik. Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001) Bill Klinton (Uilyam Cefferson Klinton) 1946-cı il avqustun 19-da Arkanzas ştatında anadan olub.

O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. 1992-ci ildə Klinton o vaxtkı prezident ata Corc Buşa qalib gəldi. 1996-cı ildə isə senator Robert Doulu məğlub edir. Bill Klinton prezident olmamışdan 12 il Arkanzas ştatının qubernatoru olub.

Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər və parlaq iqtisadi dövrlərindən birini yaşayıb. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil edib. Məhz Klintonun dövründə işsizlik ABŞ-da ən aşağı səviyyəyə düşüb, həmçinin ölkə yüksək texnologiyalar sahəsində Yaponiyanı ötərək dünya liderinə çevrilib. Xarici siyasətdə uğursuzluq kimi Somalidə geniş beynəlxalq sülhməramlı əməliyyatlara başlamaq təşəbbüsünün iflasını göstərmək olar. Uğurlar sırasında isə Kosovonun müstəqilliyi və NATO-nun dördüncü genişlənməsi qeyd oluna bilər. Klinton hökuməti doğumun məhdudlaşdıılması layihəsinə də ciddi dəstək verib, lakin bu layihənin qarşısı Vatikan tərəfindən alınıb. 

1998-ci ildə mətbuatda Bill Klintonun Ağ Evdə təcrübəçi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. Bu qalmaqal Demokratlar partiyasının nüfuzuna pis təsir etdi. 2000-ci ildə Demokratlar partiyasının namizədi Albert Qorun respublikaçı Corc Buşa məğlubiyətinin əsas səbəblərindən biri də bu oldu. Albert Qor Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın vitse-prezidenti olub.

Bill Klinton prezidentlikdən sonra da fəal ictimai-siyasi həyat sürür. O Üçtərəfli komissiyanın üzvüdür. Hazırkı prezident Barak Obamanın seçki kampaniyasında da fəal iştirak edib. 

Bill Klintonun yenidən Ağ Evə qayıtmaq şansı var — o Demokratlar partiyasından prezident olmaq istəyən keçmiş dövlət katibi Hillari Klintonun həyat yoldaşıdır. 

Bill Klinton ürəklə bağlı problemlərinə görə vegeterian olub.

Teqlər:
ABŞ-ın 42-ci prezidenti, Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti, Uilyam Cefferson Klinton, Bill Klinton, ABŞ

Əsas mövzular