BAKI, 15 avq — Sputnik. 1992-ci il avqustun 15-də Azərbaycanda milli valyuta — manat dövriyyəyə buraxılıb.
Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrın elan etsə də, əksər respublikalar kimi, burada da keçmiş sovet rublu dövriyyədə idi.
Azərbaycan Respublikasının milli valyutası – manatın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də prezident Əbülfəz Elçibəy tərəfindən imzalanıb. 1992-ci ilin avqustun 15-də 1, 10, 250 manatlıq əskinaslar, həmin ilin dekabrında 5 manatlıq, 1993-cü ilin martında 50, 100, 500, 1000 manatlıq pul vahidlərini tədavülə buraxılıb. 1994-cü ilə qədər Azərbaycanda manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib.
Prezidentin 1993-cü ilin dekabrında imazaldığı fərmanla 1994-cü ilin yanvarın 1-dən manat dövriyyədə yeganə ödəniş vasitəsi kimi təsdiq olunub.